Sabah Azərbaycanda 36 dərəcə isti olacaq

Sabah Azərbaycanda 36 dərəcə isti olacaq Bakıda havanın temperaturu gecə 20-22, gündüz 31-33 dərəcə isti olacaq
Ekologiya
28 May , 2015 12:46
Sabah Azərbaycanda 36 dərəcə isti olacaq

Bakı. 28 may. REPORT.AZ/ Həftənin cümə günü Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan "Report"a verilən məlumata görə, mayın 29-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək, axşam mülayim şimal küləyi ilə əvəz olunacaq. Gecə 20-22, gündüz 31-33 dərəcə isti olacaq.

Mayın 29-da Azərbaycanın rayonlarında havanın gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 17-22, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.

Son xəbərlər

Orphus sistemi