Bakı. 20 may. REPORT.AZ/ Mayın 21-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.
Sabah Azərbaycan rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısa müddətli yağış yağacağı istisna olunmur. Səhər saatlarında bəzi yerlərdə zəif duman olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 14-19, gündüz 26-31, dağlarda gecə 9-14, gündüz 17-22 dərəcə isti olacaq.