Bakı. 14 dekabr. REPORT.AZ/ BMT-nin 190 üzv ölkǝnin nümayəndələri iqlim dəyişikliyi ilə bağlı sazişin bəzi hissələri haqqında razılıq ǝldǝ ediblǝr.
"Report" TRT telekanalına istinadən xəbər verir ki, razılaşmanın 2015-ci ilin dekabrında Parisdə imzalanması nǝzǝrdǝ tutulub.
BMT-nin Perunun paytaxtı Lima şəhərində keçirilən iclasında razılaşmaya əlavə ediləcək bir sıra təkliflər nəzərdən keçirilib.
Sənəddə ayrıca hər bir ölkənin 2015-ci ilin əvvəlində qlobal istiləşmənin qarşısının alınması üçün nə edə biləcəyi də qeyd edilib.
İqlim dəyişikliyi ilə mübarizədə konkret tədbirlər haqqında genişmiqyaslı razılaşmanın gələn ilin dekabrında Parisdə qəbul olunacağı güman edilir.