İsti hava şəraiti daha 3 gün davam edəcək - XƏBƏRDARLIQ

İsti hava şəraiti daha 3 gün davam edəcək - XƏBƏRDARLIQ Bəzi yerlərdə 42 dərəcə isti olacağı gözlənilir
Ekologiya
20 Avqust , 2016 12:27
İsti hava şəraiti daha 3 gün davam edəcək - XƏBƏRDARLIQ

Bakı. 20 avqust. REPORT.AZ/ Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti əhaliyə xəbərdarlıq edib.

Departamendən "Report"a bildirilib ki, avqustun 23-dək ölkə ərazisində isti hava şəraitinin davam edəcək.

Bakıda və Abşeron yarımadasında isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 35-38, yarımadanın bəzi yerlərində 40 dərəcə isti olacağı gözlənilir.

Rayonlarda isə havanın maksimal temperaturu 35-40, aran rayonlarında və Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində 42 dərəcəyədək isti olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi