Nazirlik hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib

Nazirlik hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb
Ekologiya
16 Fevral , 2015 12:31
Nazirlik hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib

Bakı. 16 fevral. REPORT.AZ/ Fevralın 17-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova "Report"a deyib ki, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Axşam bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Cənub küləyi əsəcək, günün ikinci yarısında şimal küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 3-5, günün birinci yarısında 8-12, axşam 3 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Gündüz qərb rayonlarından başlayaraq havanın yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Gündüz qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 0-5, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.

G.Məmmədova onu da qeyd edib ki, mülayim hava şəraitindən sonra fevralın 17-də gündüz qərb rayonlarından başlayaraq ikinci ongünlüyün sonunadək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Fevralın 17-18-də şimal küləyinin güclənəcəyi gözlənilir. Temperatur ötən günlə müqayisədə 5-10 dərəcə aşağı enəcək. 

Son xəbərlər

Orphus sistemi