Nazir: “Bəzi şəxslər eko-tur adı altında meşələrə ziyan vururlar”

Nazir: “Bəzi şəxslər eko-tur adı altında meşələrə ziyan vururlar” “Bir səyahətdən 2-3 min manat pul qazanırlar”
Ekologiya
30 İyun , 2016 13:03
Nazir: “Bəzi şəxslər eko-tur adı altında meşələrə ziyan vururlar”

Bakı. 30 iyun. REPORT.AZ/ “Bəzi şəxslər eko-tur adı altında turlar təşkil edirlər. Onlar insanlardan 20-25 manat yığıb rayonlara aparırlar. Bir səyahətdən 2-3 min manat pul qazanırlar. Amma meşələrin təmizliyinə əməl etmirlər”.

“Report”un xəbərinə görə, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov deyib.

H.Bağırov deyib ki, meşə zibillənirsə, bu, artıq eko-tur deyil: “Meşələri zibilləmək, məhv etmək olmaz. Bu, həm də mədəniyyət, tərbiyə məsələsidir. İnsan təbliğat aparmalıdır, meşələri zibilləyənlər qınanmalıdır, ifşa olunmalıdır. Nazirlik də bununla bağlı müvafiq tədbirlər görür”.

Son xəbərlər

Orphus sistemi