Yuxarı

Nazir: “Bəzi şəxslər eko-tur adı altında meşələrə ziyan vururlar”

“Bir səyahətdən 2-3 min manat pul qazanırlar”

Bakı. 30 iyun. REPORT.AZ/ “Bəzi şəxslər eko-tur adı altında turlar təşkil edirlər. Onlar insanlardan 20-25 manat yığıb rayonlara aparırlar. Bir səyahətdən 2-3 min manat pul qazanırlar. Amma meşələrin təmizliyinə əməl etmirlər”.

“Report”un xəbərinə görə, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov deyib.

H.Bağırov deyib ki, meşə zibillənirsə, bu, artıq eko-tur deyil: “Meşələri zibilləmək, məhv etmək olmaz. Bu, həm də mədəniyyət, tərbiyə məsələsidir. İnsan təbliğat aparmalıdır, meşələri zibilləyənlər qınanmalıdır, ifşa olunmalıdır. Nazirlik də bununla bağlı müvafiq tədbirlər görür”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi