ETSN: Siyəzəndə bələdiyyə torpaqlarında naməlum səbəblərdən yanğın başlayıb

ETSN: Siyəzəndə bələdiyyə torpaqlarında naməlum səbəblərdən yanğın başlayıb Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub, yanğının söndürülməsi istiqamətində təcili tədbirlər görülür
Ekologiya
19 Avqust , 2016 15:04
ETSN: Siyəzəndə bələdiyyə torpaqlarında naməlum səbəblərdən yanğın başlayıb

Bakı. 19 avqust. REPORT.AZ/ Siyəzən rayonunun Zarat kəndi ərazisində bələdiyyə torpaqlarında naməlum səbəblərdən yanğın başlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın "Report"a verdiyi məlumata görə, saat 14 radələrindən başlayan yanğın hazırda davam edir. 

Yanğının söndürülməsi və meşə fondu torpaqlarına keçməsinin qarşısını almaq məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Siyəzən rayon Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası təcili hadisə yerinə cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində təcili tədbirlər görülür. 

Son xəbərlər

Orphus sistemi