ETSN-də geniş kollegiya iclası keçirilib

ETSN-də geniş kollegiya iclası keçirilib İclasın sonunda kollegiyanın qərarı ilə 2016-cı il üçün iş planı təsdiq edilib
Ekologiya
23 Fevral , 2016 18:39
ETSN-də geniş kollegiya iclası keçirilib

Bakı. 23 fevral. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) geniş kollegiya iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, nazirliyin struktur bölmələrinin və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən iclasda nazir Hüseyn Bağırov 2015-ci il ərzində ekologiya və ətraf mühitin mühafizəsi sahəsində görülən işlər, qazanılan nailiyyətlər və qarşıda duran vəzifələr barədə məlumat verib. 

Kollegiya iclasında nazirliyin ayrı-ayrı qurumlarının 2015-ci il ərzində görülən işləri qiymətləndirilib və işlərində buraxdıqları nöqsanlar müzakirə olunub.

Sonra tabeli qurumların rəhbərlərinin 2015-ci ilin yekunları ilə bağlı hesabatları dinlənilib. Dinlənilən məruzələrlə bağlı aparılan müzakirələrdə müvafiq qurumlarda görülmüş müsbət işlərlə yanaşı nöqsanlar da qeyd olunaraq iradlar bildirilib.

Kollegiyanın sədri Hüseyn Bağırov dövlət başçısının son müşavirələrdəki çıxışlarından irəli gələn və Ekologiya və Təbii Sərvətlər Nazirliyi qarşısında qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün nazirliyin struktur bölmələrinə konkret tapşırıqlar verib və bu vəzifələrin icrası ilə bağlı müasir tələblərə cavab verən strateji planların hazırlanması üçün müvafiq komissiyaların yaradılması barədə qərar qəbul edilib.

Kollegiya iclasında cari məsələlər də müzakirə edilib, iclasın sonunda kollegiyanın qərarı ilə 2016-cı il üçün iş planı təsdiq edilib.

Son xəbərlər

Orphus sistemi