BP tərəfindən daxil olmuş nümunələrin analizi üçün hazırlıq işlərinə başlanılıb

BP tərəfindən daxil olmuş nümunələrin analizi üçün hazırlıq işlərinə başlanılıb Aparılan analizlərin nəticələri barədə Ekologiya İdarəsi tərəfindən BP şirkətinə məlumatlar təqdim olunacaq
Ekologiya
29 Dekabr , 2014 19:51
BP tərəfindən daxil olmuş nümunələrin analizi üçün hazırlıq işlərinə başlanılıb

Bakı. 29 dekabr. REPORT.AZ/ “Ətraf mühit üzrə laboratoriya xidmətlərinin göstərilməsi” layihəsinin icrası ilə əlaqədar SOCAR-ın Ekologiya İdarəsi ilə BP şirkətinin Qanunvericilik üzrə tələblərin yerinə yetirilməsi və Ətraf mühit Departamenti arasında mütəmadi olaraq görüşlər keçirilir və müvafiq müqavilənin inkişafı üzrə gələcək addımlar müzakirə olunur.

“Report”un ARDNŞ-nin saytına istinadən verdiyi xəbərə görə, artıq Kompleks Tədqiqatlar Laboratoriyasına (KTL) BP tərəfindən daxil olmuş nümunələrin analizi üçün hazırlıq işlərinə başlanılıb. Gələcəkdə nümunələr hissə-hissə KTL-ə göndəriləcək, aparılan analizlərin nəticələri barədə Ekologiya İdarəsi tərəfindən BP şirkətinə məlumatlar təqdim olunacaq. 

Qeyd edək ki, Ekologiya İdarəsi BP şirkəti tərəfindən 30 may 2013-cü ildə elan olunan “Ətraf mühit üzrə laboratoriya xidmətlərinin göstərilməsi” barədə tender sorğusu üzrə qalib seçilib və tərəflər arasında xidmətlərin göstərilməsinə dair 02.10.2014-cü il tarixli Baş Saziş imzalanıb. 

Son xəbərlər

Orphus sistemi