Bakıda vəzifəli şəxs ağac kəsilməsinə göstəriş verdiyinə görə 6 min manat cərimələnib

Bakıda vəzifəli şəxs ağac kəsilməsinə göstəriş verdiyinə görə 6 min manat cərimələnib Şikayət yerində araşdırılıb
Ekologiya
22 Fevral , 2016 13:08
Bakıda vəzifəli şəxs ağac kəsilməsinə göstəriş verdiyinə görə 6 min manat cərimələnib

Bakı. 22 fevral. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar Xətt"inə Binəqədi rayonu Mir Cəlal küçəsi 41 saylı binanın yaxınlığında ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub. Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, şikayəti qurumun əməkdaşları yerində araşdırıb.

Araşdırma zamanı sözügedən ünvanda 3 ədəd şam ağacının Bakı şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyinin Binəqədi rayon Yaşıllaşdırma Sahəsi rəisinin göstərişi əsasında qanunsuz kəsilməsi faktı aşkar olunub. Faktla bağlı İnzibati Xətalar Məcəlləsinin 92.2-ci maddəsinə müvafiq olaraq Binəqədi rayon Yaşıllaşdırma sahəsinin rəisi Maşallah Məmmədov vəzifəli şəxs qismində 6000 manat məbləğində cərimə edilib.

Son xəbərlər

Orphus sistemi