Bakıda qatı duman müşahidə olunmasının səbəbləri açıqlanıb

Bakıda qatı duman müşahidə olunmasının səbəbləri açıqlanıb Gülşad Məmmədova: "Yaxın iki gün ərzində Abşeron yarımadasının bəzi yerlərində analoji vəziyyət davam edəcək"
Ekologiya
23 Noyabr , 2015 12:36
Bakıda qatı duman müşahidə olunmasının səbəbləri açıqlanıb

Bakı. 23 noyabr. REPORT.AZ/ Bakıda müşahidə olunan qatı dumanın səbəbləri açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın "Report"a verdiyi məlumata görə, dumanın olmasına səbəb Azərbaycan ərazisində cənub küləyinin üstünlük təşkil etməsidir.

Nazirlik rəsmisi bildirib ki, yaxın iki gün ərzində Abşeron yarımadasının bəzi yerlərində analoji vəziyyətin davam edəcəyi istisna olunmur: "Ölkə ərazisində cənub küləklərinin üstünlüyü müşahidə ediləcək. Havanın temperaturu isə günorta saatlarında 14-17 dərəcə arasında dəyişəcək".

Son xəbərlər

Orphus sistemi