Yuxarı
    Bağlamaq

    Bakıda qatı duman müşahidə olunmasının səbəbləri açıqlanıb

    Gülşad Məmmədova: Yaxın iki gün ərzində Abşeron yarımadasının bəzi yerlərində analoji vəziyyət davam edəcək

    Bakı. 23 noyabr. REPORT.AZ/ Bakıda müşahidə olunan qatı dumanın səbəbləri açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın "Report"a verdiyi məlumata görə, dumanın olmasına səbəb Azərbaycan ərazisində cənub küləyinin üstünlük təşkil etməsidir.

    Nazirlik rəsmisi bildirib ki, yaxın iki gün ərzində Abşeron yarımadasının bəzi yerlərində analoji vəziyyətin davam edəcəyi istisna olunmur: "Ölkə ərazisində cənub küləklərinin üstünlüyü müşahidə ediləcək. Havanın temperaturu isə günorta saatlarında 14-17 dərəcə arasında dəyişəcək".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi