Bakıda 7 ərazidə ictimai çimərliklər yaradılacaq

Bakıda 7 ərazidə ictimai çimərliklər yaradılacaq Bakı şəhərində çimərlik mövsümündə vətəndaşlardan daxil olan müraciətlər, onların istək və arzuları nəzərə alınaraq aidiyyatı dövlət qurumlarının tapşırıqlarına əsasən paytaxtın bir sıra dənizkənarı ərazilərində ictimai çimərliklərin yaradılması işlərinə başlanıb.
Ekologiya
26 İyul , 2019 09:49
Bakıda 7 ərazidə ictimai çimərliklər yaradılacaq

Bakı şəhərində çimərlik mövsümündə vətəndaşlardan daxil olan müraciətlər, onların istək və arzuları nəzərə alınaraq aidiyyatı dövlət qurumlarının tapşırıqlarına əsasən paytaxtın bir sıra dənizkənarı ərazilərində ictimai çimərliklərin yaradılması işlərinə başlanıb.

Bu barədə "Report"a Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri İsrafil Kərimov məlumat verib. 

O bildirib ki, ilkin mərhələdə bu çimərliklər Səbail rayonu “Şıx” ərazisində və Novxanı qəsəbəsində, sonradan isə Hövsan, Buzovna, Bilgəh, Nardaran, ümumilikdə 7 ərazidə yaradılacaq: "Çimərliklərə giriş pulsuz olacaq, müvafiq qurumlar tərəfindən bura nəzarət ediləcək".

Son xəbərlər

Orphus sistemi