Bakı. 1 may. REPORT.AZ/ Həftənin şənbə gününə Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.
Mayın 2-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturunun gecə 11-16, gündüz 25-28, dağlarda gecə 6-11, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.