Azərbaycanda sabah yaz havası gözlənilir

Azərbaycanda sabah yaz havası gözlənilir Lənkəran və Astara zonasında az yağış yağacağı ehtimalı var
Ekologiya
12 Noyabr , 2014 12:20
Azərbaycanda sabah yaz havası gözlənilir
Bakı. 12 noyabr. REPORT.AZ/ Noyabrın 13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan “Report”a verilən məlumata görə, mülayim cənub küləyi əsəcək.

Havanın temperaturunun gecə 6-10, gündüz 14-18 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında isə hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Lənkəran və Astara zonasında isə az yağış yağacağı ehtimalı var və şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 0-5 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi