Azərbaycanda sabah müşahidə olunacaq hava proqnozu açıqlanıb

Azərbaycanda sabah müşahidə olunacaq hava proqnozu açıqlanıb Mayın 14-də rayonlarda dolu düşəcəyi ehtimalı var
Ekologiya
13 May , 2015 12:17
Azərbaycanda sabah müşahidə olunacaq hava proqnozu açıqlanıb

Bakı. 13 may. REPORT.AZ/ Mayın 14-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev "Report"a bildirib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə qısa müddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-13, gündüz 17-21 dərəcə isti olacaq.

Sabah Azərbaycan rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə lokal leysan xarakterli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 10-15, gündüz 17-22, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi