Azərbaycanda müşahidə olunmuş faktiki hava şəraiti ilə bağlı rəsmi məlumat açıqlanıb

Azərbaycanda müşahidə olunmuş faktiki hava şəraiti ilə bağlı rəsmi məlumat açıqlanıb Qar örtüyünün hündürlüyü Xınalıqda 40, Altıağacda 25, Göygöldə 23, Daşkəsəndə 18, Gədəbəydə 7 sm olub
Ekologiya
3 Noyabr , 2014 11:43
Azərbaycanda müşahidə olunmuş faktiki hava şəraiti ilə bağlı rəsmi məlumat açıqlanıb

Bakı. 3 noyabr. REPORT.AZ/ Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) noyabrın 2-si gündüzdən 3-ü səhərədək müşahidə olunmuş faktiki hava şəraiti ilə bağlı rəsmi məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən “Report”a bildirilib ki, ETSN-in Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi noyabrın 2-si günün ikinci yarısından 3-ü səhərədək ölkə ərazisində hava şəraiti kəskin dəyişib, güclü şimal-qərb küləyi əsib, yağış, dağlıq və dağətəyi rayonlarda qar yağıb, bəzi yerlərdə intensiv olub.

Ən çox düşən yağıntının miqdarı Lənkəran-Astara zonasında 32 (aylıq normanın 78 faizi), Mərkəzi Aran rayonlarında 36 (aylıq normanın 125 faizi), Böyük Qafqazda 28 (aylıq normanın 43 faizi), Kiçik Qafqazda 18, Qazax-Gəncə zonasında 13, (aylıq normanın 87 faizi), Naxçıvan MR-da 13 (aylıq normanın 82 faizi), Bakıda və Abşeron yarımadasında 27 mm-dək (aylıq normanın 99 faizi) təşkil edib.

Qar örtüyünün hündürlüyü isə Xınalıqda 40, Altıağacda 25, Göygöldə 23, Daşkəsəndə 18, Gədəbəydə 7 sm olub.

Abşeron yarımadasında və bir sıra rayonlarda güclü şimal-qərb küləyi əsib.

Noyabrın 2-də minimal temperatur Bakıda və Abşeron yarımadasında 4-8, Aran rayonlarında 1-7, dağlıq rayonlarda 2 dərəcəyədək, Naxçıvan MR-də 4 dərəcəyədək isti təşkil edib.

Son xəbərlər

Orphus sistemi