Yuxarı

Azərbaycanda müşahidə olunmuş faktiki hava şəraiti ilə bağlı rəsmi məlumat açıqlanıb

Qar örtüyünün hündürlüyü Xınalıqda 40, Altıağacda 25, Göygöldə 23, Daşkəsəndə 18, Gədəbəydə 7 sm olub

Bakı. 3 noyabr. REPORT.AZ/ Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) noyabrın 2-si gündüzdən 3-ü səhərədək müşahidə olunmuş faktiki hava şəraiti ilə bağlı rəsmi məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən “Report”a bildirilib ki, ETSN-in Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi noyabrın 2-si günün ikinci yarısından 3-ü səhərədək ölkə ərazisində hava şəraiti kəskin dəyişib, güclü şimal-qərb küləyi əsib, yağış, dağlıq və dağətəyi rayonlarda qar yağıb, bəzi yerlərdə intensiv olub.

Ən çox düşən yağıntının miqdarı Lənkəran-Astara zonasında 32 (aylıq normanın 78 faizi), Mərkəzi Aran rayonlarında 36 (aylıq normanın 125 faizi), Böyük Qafqazda 28 (aylıq normanın 43 faizi), Kiçik Qafqazda 18, Qazax-Gəncə zonasında 13, (aylıq normanın 87 faizi), Naxçıvan MR-da 13 (aylıq normanın 82 faizi), Bakıda və Abşeron yarımadasında 27 mm-dək (aylıq normanın 99 faizi) təşkil edib.

Qar örtüyünün hündürlüyü isə Xınalıqda 40, Altıağacda 25, Göygöldə 23, Daşkəsəndə 18, Gədəbəydə 7 sm olub.

Abşeron yarımadasında və bir sıra rayonlarda güclü şimal-qərb küləyi əsib.

Noyabrın 2-də minimal temperatur Bakıda və Abşeron yarımadasında 4-8, Aran rayonlarında 1-7, dağlıq rayonlarda 2 dərəcəyədək, Naxçıvan MR-də 4 dərəcəyədək isti təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi