Azərbaycanda isti hava şəraiti avqustun 15-dək davam edəcək - XƏBƏRDARLIQ

Azərbaycanda isti hava şəraiti avqustun 15-dək davam edəcək - XƏBƏRDARLIQ Uzun müddət açıq havada olmaq məsləhət deyil
Ekologiya
11 Avqust , 2016 15:56
Azərbaycanda isti hava şəraiti avqustun 15-dək davam edəcək - XƏBƏRDARLIQ

Uzun müddət açıq havada olmaq məsləhət deyil

Bakı. 11 avqust. REPORT.AZ/ Azərbaycan ərazisində isti hava şəraiti davam edəcək.

“Report”un xəbərinə görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı xəbərdarlıqda bildirilir.

Bakıda və Abşeron yarımadasında avqustun 15-dək anomal isti hava şəraitinin davam edəcəyi, maksimal temperaturun 35-39, bəzi günlərdə 41 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında da avqustun 15-dək havanın maksimal temperaturu 35-40, Naxçıvan MR-da və Mərkəzi-Aran rayonlarının bəzi yerlərində 43, dağlıq rayonlarda 29-34 dərəcə isti olacaq.

Milli Hidrometeorologiya Departamenti tibbi-meteoroloji durumla bağlı da xəbərdarlıq edib. Belə ki, yaxın 3 gün ərzində Abşeron yarımadasında gözlənilən güclü isti temperatur, diskomfort şərait əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün isə çox əlverişsizdir. Uzun müddət açıq havada olmaq məsləhət deyil.

Son xəbərlər

Orphus sistemi