Azərbaycanda havanın temperaturu 6 dərəcəyədək aşağı enəcək, güclü yağış yağacaq - XƏBƏRDARLIQ

Azərbaycanda havanın temperaturu 6 dərəcəyədək aşağı enəcək, güclü yağış yağacaq - XƏBƏRDARLIQ Bakı və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsəcək
Ekologiya
8 İyul , 2016 12:43
Azərbaycanda havanın temperaturu 6 dərəcəyədək aşağı enəcək, güclü yağış yağacaq - XƏBƏRDARLIQ

Bakı. 8 iyul. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycan rayonlarında hava şəraitinin kəskin dəyişəcəyi barədə xəbərdarlıq edib.

Departamentdən “Report”a verilən məlumata görə, iyulun 9-da Bakı və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlə müqayisədə 4 dərəcə aşağı enəcək.

Azərbaycan rayonlarında iyulun 9-u axşamdan iyulun 12-si gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlədə arabir güclənəcək.

Havanın temperaturu tədricən 4-6 dərəcə enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.

Son xəbərlər

Orphus sistemi