Yuxarı

Azərbaycanda havanın temperaturu 6 dərəcəyədək aşağı enəcək, güclü yağış yağacaq - XƏBƏRDARLIQ

Bakı və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsəcək

Bakı. 8 iyul. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycan rayonlarında hava şəraitinin kəskin dəyişəcəyi barədə xəbərdarlıq edib.

Departamentdən “Report”a verilən məlumata görə, iyulun 9-da Bakı və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlə müqayisədə 4 dərəcə aşağı enəcək.

Azərbaycan rayonlarında iyulun 9-u axşamdan iyulun 12-si gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlədə arabir güclənəcək.

Havanın temperaturu tədricən 4-6 dərəcə enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi