Azərbaycan ərazisində yağışlar davam edəcək, bəzi rayonlarda sulu qar, qar yağacaq

Azərbaycan ərazisində yağışlar davam edəcək, bəzi rayonlarda sulu qar, qar yağacaq Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir
Ekologiya
30 Oktyabr , 2015 12:52
Azərbaycan ərazisində yağışlar davam edəcək, bəzi rayonlarda sulu qar, qar yağacaq

Bakı. 30 oktyabr. REPORT.AZ/ Sabah Azərbaycan ərazisində hava şəraiti yağmurlu olacaq, bəzi rayonlarda sulu qar, qar yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a bildirilib ki, oktyabrın 31-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyinin axşama doğru güclənəcəyi gözlənilir.

Havanın temperaturu Abşeron yarımadasında gecə 8-10, gündüz 11-13, Bakıda gecə 8-10, gündüz 11-13 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, yüksək dağlıq rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 7-10, gündüz 10-13, dağlarda gecə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza görə, oktyabrın 31-i axşamdan noyabrın 1-i gündüzədək Abşeron yarımadasında xəzri küləyinin güclənməsi fonunda temperaturun bir qədər enməsi və rütubətli hava şəraiti bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Son xəbərlər

Orphus sistemi