Azərbaycan ərazisində hava şəraiti kəskin dəyişəcək, leysan yağacaq

Azərbaycan ərazisində hava şəraiti kəskin dəyişəcək, leysan yağacaq Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək
Ekologiya
19 Avqust , 2015 13:28
Azərbaycan ərazisində hava şəraiti kəskin dəyişəcək, leysan yağacaq

Bakı. 19 avqust. REPORT.AZ/ Hidrometeoroloqlar Azərbaycan ərazisində havanın kəskin dəyişəcəyi, bəzi yerlərdə leysan xarakterli yağış yağacağı ilə bağlı xəbərdarlıq edib. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan "Report"a bildirilib ki, avqustun 20-si axşamdan avqustun 23-ü gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin güclənəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək.

Son xəbərlər

Orphus sistemi