İtaliyada COVID-19 koronavirusundan ilk ölüm hadisəsi qeydə alınıb.
“Report” xəbər verir ki, bu barədə yerli
Məlumata görə, Veneto vilayətinin Paduya şəhərində virusa yoluxmuş 78 yaşlı kişi dünyasını dəyişib. Qeyd edilir ki, onunla birlikdə 67 yaşlı həyat yoldaşı da yüksək hərarətlə xəstəxanaya yerləşdirilib.
Veneto vilayətinin qubernatoru Luk Dzayyu məlumatı təsdiqləyib.
Qeyd edək ki, bu, Avropada koronavirusdan ikinci ölüm hadisəsidir. İlk ölüm hadisəsi fevralın 15-də Fransada qeydə alınıb.