Ravvin Şnayer: "Azərbaycan dinlərarası və mədəniyyətlərarası dialoqa parlaq nümunədir"

Ravvin Şnayer: "Azərbaycan dinlərarası və mədəniyyətlərarası dialoqa parlaq nümunədir" “Azərbaycan dinlərarası və mədəniyyətlərarası dinc yanaşı yaşamanın parlaq nümunəsidir”.
Din
11 Oktyabr , 2023 09:54
Ravvin Şnayer: Azərbaycan dinlərarası və mədəniyyətlərarası dialoqa parlaq nümunədir

“Azərbaycan dinlərarası və mədəniyyətlərarası dinc yanaşı yaşamanın parlaq nümunəsidir”.

Bunu “Report”un Astanaya ezam olunmuş müxbirinə açıqlamasında Qazaxıstanda keçirilən Dünya və ənənəvi din liderlərinin Qurultayının Katibliyinin XXI sessiyasında iştirak edən ABŞ-ın Etnik Anlaşma Fondunun prezidenti və təsisçisi ravvin Mark Şnayer deyib.

“Azərbaycanla xüsusi əlaqələrimiz var. Hesab edirəm ki, Azərbaycan müsəlman dünyasında dinlərarası, mədəniyyətlərarası əməkdaşlıq və dinc yanaşı yaşamanın parlaq nümunəsidir. Uzun illərdir ki, Azərbaycanın təşkil etdiyi müxtəlif dinlərarası dialoq forumlarında iştirak etmək şərəfinə nail olmuşam və Bakıya yenidən səfər etməyi səbirsizliklə gözləyirəm. Azərbaycanı dəstəkləyir, ölkənizlə və onun rəhbərliyi ilə həmrəy olduğumu bildirirəm. Bakı mənim üçün ikinci ev kimidir və ora qayıtmağı səbirsizliklə gözləyirəm”, - o vurğulayıb.

Son xəbərlər

Orphus sistemi