QMİ sədri: "Azərbaycan azad edilmiş ərazilərdə dağıdılmış məscid, kilsə və məbədləri bərpa edir"

QMİ sədri: "Azərbaycan azad edilmiş ərazilərdə dağıdılmış məscid, kilsə və məbədləri bərpa edir" Azərbaycan işğaldan azad edilmiş ərazilərdə bərpa işlərində göstərdiyi dəstəyə görə Qazaxıstana minnətdardır.
Din
11 Oktyabr , 2023 08:17
QMİ sədri: Azərbaycan azad edilmiş ərazilərdə dağıdılmış məscid, kilsə və məbədləri bərpa edir

“Azərbaycan işğaldan azad edilmiş ərazilərdə bərpa işlərində göstərdiyi dəstəyə görə Qazaxıstana minnətdardır”.

“Report”un Astanaya ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Astanada keçirilən Dünya və ənənəvi din liderlərinin Qurultayının Katibliyinin XXI sessiyasının iclasında deyib.

“Hazırda Azərbaycan BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının 4 məşhur qətnaməsi əsasında öz ərazi bütövlüyünü bərpa etdikdən sonra işğaldan azad edilmiş ərazilərdə dağıdılmış mədəni və mənəvi irs obyektlərini, o cümlədən vandalizmə uğramış məscid, kilsə və məbədləri bərpa edir. Azərbaycana bərpa işlərində, yenidənqurma layihələrində, minatəmizləmədə yardım və dəstək verən bütün ölkələrə minnətdarıq. Xüsusilə də qardaş Qazaxıstana Füzuli şəhərində tikilmiş Kurmanqazı Yaradıcılıq İnkişaf Mərkəzi ərməğanına görə dərin minnətdarlığımızı bildiririk”, - Paşazadə bildirib.

O xatırladıb ki, ötən il ölkəmizə səfəri çərçivəsində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə bu Mərkəzi ziyarət edib.

“Bu Mərkəz qardaşlarımızın bizə çox dəyərli hədiyyəsidir”, - QMİ sədri vurğulayıb.

Son xəbərlər

Orphus sistemi