Rusiyalı din xadimi: “Azərbaycan və Ermənistan arasında dialoqa töhfə verməyə hazırıq"

Rusiyalı din xadimi: “Azərbaycan və Ermənistan arasında dialoqa töhfə verməyə hazırıq" “Rus Pravoslav Kilsəsi Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması prosesinə töhfə verməyə hazırdır”.
Din
11 Oktyabr , 2023 11:19
Rusiyalı din xadimi: “Azərbaycan və Ermənistan arasında dialoqa töhfə verməyə hazırıq

“Rus Pravoslav Kilsəsi Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə töhfə verməyə hazırdır”.

Bunu “Report”un Astanaya ezam olunmuş müxbirinə açıqlamasında Qazaxıstanda keçirilən Dünya və ənənəvi din liderlərinin Qurultayının Katibliyinin XXI sessiyasında iştirak edən Moskva Patriarxlığının xarici kilsə əlaqələri idarəsinin dinlərarası əlaqələr katibliyinin əməkdaşı diyakon İlya Kaşitsin deyib.

“Rus Pravoslav Kilsəsi 30 ildən artıqdır ki, Azərbaycan, Ermənistan və Rusiyanın dini liderləri arasında üçtərəfli dialoqu dəstəkləyir. Sülhməramlı mövqeyimizdən əl çəkməyəcəyik. Lazım gələrsə, mübahisəli məsələlərin həllinə kömək etməyə hazırıq. Patriarx Kirill bu barədə dəfələrlə danışıb. Ona görə də hesab edirəm ki, dialoq davam edəcək”, - o vurğulayıb.

Din xadimi qeyd edib ki, Qazaxıstanın təşəbbüsü ilə keçirilən qurultayda müxtəlif dinlərin nümayəndələri arasında mehriban dialoq ənənəsi yaşanır: “Qazaxıstanda belə bir platformanın təmin edilməsi çox vacibdir. Bakıda olduğu kimi, burada da Dinlərarası Mədəniyyətlərarası Dialoq Mərkəzi fəaliyyət göstərir. Bunlar zəruri və düzgün təşəbbüslərdir. Son hadisələr də göstərir ki, ölkələrin və dini icmaların dinlərin dialoquna diqqət yetirmələri düzgün addımdır”.

Son xəbərlər

Orphus sistemi