Allahşükür Paşazadə Qazaxıstanın ali ordeni ilə təltif edilib

Allahşükür Paşazadə Qazaxıstanın ali ordeni ilə təltif edilib Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Qazaxıstanın II dərəcəli “Dostluq” (“Dostık”) ordeni ilə təltif edilib.
Din
11 Oktyabr , 2023 11:33
Allahşükür Paşazadə Qazaxıstanın ali ordeni ilə təltif edilib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Qazaxıstanın II dərəcəli “Dostluq” (“Dostık”) ordeni ilə təltif edilib.

"Report"un Astanaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, mükafatlandırma mərasimi Qazaxıstanda keçirilən Dünya və ənənəvi din liderlərinin Qurultayının Katibliyinin XXI sessiyasından sonra baş tutub.

İclas iştirakçılarına Qazaxıstanın dövlət mükafatları və qurultayın xatirə medalları təqdim olunub.

Qeyd edək ki, Şeyxülislam Allahşükür Paşazadə dialoq platformasının formalaşmasında və inkişafında xidmətlərinə görə bu ordenlə təltif edilib.

Son xəbərlər

Orphus sistemi