Prezident İlham Əliyev dini icmalara maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb

Prezident İlham Əliyev dini icmalara maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb Bu məqsədlə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 2,5 milyon manat ayrılıb
Din
27 Noyabr , 2014 18:36
Prezident İlham Əliyev dini icmalara maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb
Bakı. 27 noyabr. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycanda dini icmalara maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb. “Report” xəbər verir ki, sərəncam ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə verilib.

Sərəncamla Azərbaycanda dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 2,5 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi