Bakı. 27 sentyabr. REPORT.AZ/ "Azərbaycanda bəzi qüvvələrin din amilindən siyasi məqsədlər üçün istifadə etməsi uğursuzluğa düçar oldu".
"Report " xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
O bildirib ki, Azərbaycanda din xadimləri dövlətə sadiqdir: "Din amilindən istifadə ona görə uğursuzluğa düçar oldu ki, din xadimləri dövlətə sadiqdir. Onlar bilirlər ki, din amilindən siyasi məqsədlər üçün isifadə etmək istəyən qüvvələrin niyyətləri xoş deyil".