Bakı. 28 sentyabr. REPORT.AZ/ "Səudiyyə Ərəbistanında, Həcc ziyarəti zamanı ölən zəvvarlar arasında mənim naibim yoxur". Bunu "Report"a deputat Qalib Salahzadə deyib.
O, naibinin səhhətinin yaxşı olduğunu bildirib: "Mənim naibim bütün respublikada tanınmış adamdır. Hər gün iki dəfə naibimlə əlaqə saxlayıram. O, mənim əvəzimə ziyarəti davam etdirir, əsas vacib əməlləri yerinə yetrib. Səhhətində də heç bir problemi yoxdur".
Qeyd edək ki, Q.Salahzadə Həcc ziyarətini yarımçıq qoyaraq Bakıya qayıdıb. Ziyarəti davam etdirmək üçün isə naib tutub.
O, 27 saylı Sabunçu ikinci seçki dairəsindən hakim Yeni Azərbaycan Partiyasının deputatıdır. YAP-ın noyabrın 1-də keçiriləcək
Q.Salahzadə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadənin qudasıdır.