Mübariz Qurbanlı: "Bəzi qüvvələr dini radikal qruplardan geopolitik maraqlar naminə istifadə edir"

Mübariz Qurbanlı: "Bəzi qüvvələr dini radikal qruplardan geopolitik maraqlar naminə istifadə edir" Dövlət Komitəsinin sədri: "Dini radikalizmə qarşı mübarizəni bütün vasitələrlə gücləndirməliyik”
Din
18 May , 2016 11:10
Mübariz Qurbanlı: Bəzi qüvvələr dini radikal qruplardan geopolitik maraqlar naminə istifadə edir

Bakı. 18 may. REPORT.AZ/ “Azərbaycan İslam dünyasının bir parçasıdır və İslam aləmində baş verən hadisələr istər-istəməz bizə də təsir edir”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Fitnə” filminin təqdimatı zamanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Komitə sədri bildirib ki, dini radikal qruplardan geopolitik maraqlar naminə də istifadə olunur: “Bəzi qüvvələr dini radikal qruplardan geopolitik maraqlar naminə də istifadə edir. Ona görə də dövlət din münasibətlərində İslami dəyərlərimizi qorumaqla bərabər, dini radikalizmə qarşı mübarizəni bütün vasitələrlə gücləndirməliyik”.

Son xəbərlər

Orphus sistemi