Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 15 illiyi ilə bağlı konfrans keçirilib - FOTO

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 15 illiyi ilə bağlı konfrans keçirilib - FOTO Dini icma rəhbərləri Dövlət Komitəsinin yaradılmasını təqdir ediblər
Din
21 İyun , 2016 13:11
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 15 illiyi ilə bağlı konfrans keçirilib - FOTO

Bakı. 21 iyun. REPORT.AZ/ Bakıda “Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi-15: dünən, bu gün və sabah” mövzusunda konfrans keçirilib.

“Report”un xəbərinə görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov və Azərbaycanda fəaliyyət göstərən dini icmaların rəhbərləri iştirak edib.

DQİDK sədri Mübariz Qurbanlı deyib ki, Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədədir. O, Dövlət Komitəsinin fəaliyyətinə toxunaraq qeyd edib ki, komitə yarandığı gündən dini sahədə bir sıra uğurlara nail olub, dövlət-din münasibətlərinin tənzimlənməsinə töhfəsini verib.
Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev dövlətin din sahəsinə diqqət və qayğı göstərdiyini vurğulayıb: “Dövlət-din münasibətlərini tənzimlənməsi ölkədə gözlənilməz problemlərin qarşısını alır. Azərbaycan Prezidenti İlham Əliyev qarşımızda şəffaf, aydın hədəflər qoyub. Bu hədəflərə çatmaqda problem yoxdur. Dini müstəvidə olan şəffaflıq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səylərinin nəticəsidir. Son iki ildə bu, daha geniş vüsət alıb. Bir məsələni xüsusi qeyd edim ki, Azərbaycanda din və xalq bir-birlərinin yanındadır, bundan sonra da belə olacaq”.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə isə deyib ki, Dövlət Komitəsi dövlət-din münasibətlərinin tənzimlənməsində xüsusi rol oynayır: “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılanda aramızda müəyyən qədər problemlər vardı. Amma bu, sonralar həllini tapdı. Dövlət Komitəsi dindarlara lazımdır. Azərbaycan Respublikasınnın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşavirliyinin yaradılması da dindarların işini asanlaşdırır. Bizim aramızda heç bir problem yoxdur. yoxdur. Düşünürəm ki, Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi arasında görüşün keçirilməsinə ehtiyac var”.
Daha sonra dini icma rəhbərləri çıxış edərək, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasını təqdir ediblər.

Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 15 il ərzində gördüyü işlərlə bağlı slayd nümayiş olunub.

Son xəbərlər

Orphus sistemi