​Bakı İslam Universitetində abituriyentlərin seçilməsi məqsədilə Dini-Psixoloji Komissiya fəaliyyət göstərəcək

​Bakı İslam Universitetində abituriyentlərin seçilməsi məqsədilə Dini-Psixoloji Komissiya fəaliyyət göstərəcək Abituriyentlər Dini-Psixoloji Komissiyadan keçmək üçün müraciət edə bilərlər
Din
24 İyun , 2016 19:34
​Bakı İslam Universitetində abituriyentlərin seçilməsi məqsədilə Dini-Psixoloji Komissiya fəaliyyət göstərəcək

Bakı. 24 iyun. REPORT.AZ/ Bakı İslam Universitetində (BİU) 2016-2017-ci tədris ilində təhsil almaq istəyən abituriyentlərin seçilməsi məqsədilə ali təhsil müəssisəsində iyulun 25-dən 29-dək Dini-Psixoloji Komissiya fəaliyyət göstərəcək.

Bu barədə "Report"a BİU-dən məlumat verilib.

Bildirilib ki, bu məqsədlə bu il mayın 15-də III ixtisas qrupu üzrə imtahan verən və 100-dən çox bal toplayan abituriyentlər Dini-Psixoloji Komissiyadan keçmək üçün universitetə müraciət edib qeydiyyata alına bilərlər.

Son xəbərlər

Orphus sistemi