Bakı. 30 yanvar. REPORT.AZ/ Afrika Birliyinə Zimbabvenin 90 yaşlı prezidenti Robert Muqabe başçılıq edəcək.
"Report" "Agence Franse-Presse"ə istinadən xəbər verir ki, o, Efiyopiyanın Əddis-Əbəbə şəhərində keçirilən sammitdə bu posta seçilib.
R.Muqabe Mavritaniyanın prezidenti Məhəmməd Uld Abdel Əzizi əvəz edib.
Xatırladaq ki, R.Muqabe sonuncu dəfə 2013-cü ildə Zimbabve prezidenti seçilib. Avropa Birliyi və ABŞ ona qarşı sanksiya tətbiq edib.