​Zimbabvenin 90 yaşlı prezidenti Afrika Birliyinə sədr seçilib

​Zimbabvenin 90 yaşlı prezidenti Afrika Birliyinə sədr seçilib Avropa Birliyi və ABŞ Robert Muqabeyə qarşı sanksiya tətbiq edib
Digər ölkələr
30 Yanvar , 2015 17:05
​Zimbabvenin 90 yaşlı prezidenti Afrika Birliyinə sədr seçilib

Bakı. 30 yanvar. REPORT.AZ/ Afrika Birliyinə Zimbabvenin 90 yaşlı prezidenti Robert Muqabe başçılıq edəcək.

"Report" "Agence Franse-Presse"ə istinadən xəbər verir ki, o, Efiyopiyanın Əddis-Əbəbə şəhərində keçirilən sammitdə bu posta seçilib.

R.Muqabe Mavritaniyanın prezidenti Məhəmməd Uld Abdel Əzizi əvəz edib.

Xatırladaq ki, R.Muqabe sonuncu dəfə 2013-cü ildə Zimbabve prezidenti seçilib. Avropa Birliyi və ABŞ ona qarşı sanksiya tətbiq edib. 

Son xəbərlər

Orphus sistemi