Zimbabve prezidenti anti-hökumət nümayişlərini dağıtmağa çağırıb

Zimbabve prezidenti anti-hökumət nümayişlərini dağıtmağa çağırıb Toqquşmalar paytaxtın böyük hissəsini əhatə edib
Digər ölkələr
27 Avqust , 2016 07:20
Zimbabve prezidenti anti-hökumət nümayişlərini dağıtmağa çağırıb

Bakı. 27 avqust. REPORT.AZ/ Cümə günü Zimbabvenin paytaxtı Hararedə polis tərəfindən gözyaşardıcı qaz və su şırnağı tətbiq edilməklə dağıdılan kütləvi etiraz aksiyaları keçirilib.

"Report" xəbər verir ki, 1980-ci ildən ölkəni fasiləsiz olaraq idarə edən 92 yaşlı prezident Robert Muqabe Zimbabvedə "ərəb baharı"nın olmayacağını bildirib.

O, həmçinin iddia edib ki, baş verən hadisələrin arxasında xarici qüvvələr dayanıb. Onun sözlərinə görə, ABŞ və digər Qərb ölkələri Zimbabve müxalifətinə maliyyə yardımı edirlər.

Muqabe əleyhdarları islahatlar, o cümlədən seçki sistemində dəyişikliklər tələbi ilə küçələrə çıxıblar. Son 20 ilin ən amansız toqquşmaları paytaxtın böyük hissəsini əhatə edib.

Müxalifət liderləri etirazların davam edəcəyini vəd verirlər.

Son xəbərlər

Orphus sistemi