Yuxarı

Zimbabve prezidenti anti-hökumət nümayişlərini dağıtmağa çağırıb

Toqquşmalar paytaxtın böyük hissəsini əhatə edib

Bakı. 27 avqust. REPORT.AZ/ Cümə günü Zimbabvenin paytaxtı Hararedə polis tərəfindən gözyaşardıcı qaz və su şırnağı tətbiq edilməklə dağıdılan kütləvi etiraz aksiyaları keçirilib.

"Report" xəbər verir ki, 1980-ci ildən ölkəni fasiləsiz olaraq idarə edən 92 yaşlı prezident Robert Muqabe Zimbabvedə "ərəb baharı"nın olmayacağını bildirib.

O, həmçinin iddia edib ki, baş verən hadisələrin arxasında xarici qüvvələr dayanıb. Onun sözlərinə görə, ABŞ və digər Qərb ölkələri Zimbabve müxalifətinə maliyyə yardımı edirlər.

Muqabe əleyhdarları islahatlar, o cümlədən seçki sistemində dəyişikliklər tələbi ilə küçələrə çıxıblar. Son 20 ilin ən amansız toqquşmaları paytaxtın böyük hissəsini əhatə edib.

Müxalifət liderləri etirazların davam edəcəyini vəd verirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi