Yunanıstanın Pirey limanında suriyalı və əfqan qaçqınlar arasında kütləvi dava düşüb

Yunanıstanın Pirey limanında suriyalı və əfqan qaçqınlar arasında kütləvi dava düşüb İğtişaşları yalnız xüsusi təyinatlılar hadisə yerinə gələndən sonra dayandırmaq mümkün olub
Digər ölkələr
31 Mart , 2016 09:23
Yunanıstanın Pirey limanında suriyalı və əfqan qaçqınlar arasında kütləvi dava düşüb

Bakı. 31 mart. REPORT.AZ/ Müvəqqəti olaraq təxminən 6 min qaçqının yaşadığı Yunanıstanın ən böyük liman şəhəri Pireydə suriyalı və əfqan qaçqınlar arasında kütləvi dava düşüb. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, dava nəticəsində ən azı səkkiz nəfər xəsarət alıb.

Əvvəlcə davada təxminən 30 nəfər iştirak edib, gecə yarısından sonra isə qarşıdurmanın miqyası böyüyüb. Suriyalılar və əfqanlar bir-birinə daş atıb, sərnişin terminalında şüşələr sındırılıb. İğtişaşları yalnız xüsusi təyinatlılar hadisə yerinə gələndən sonra dayandırmaq mümkün olub.

Qaçqınların bildirdiyinə görə, davaya səbəb əfqanların Suriyalı qadına hücum etməsi olub.

Son xəbərlər

Orphus sistemi