​Yunanıstanda növbədənkənar parlament seçkiləri keçirilir

​Yunanıstanda növbədənkənar parlament seçkiləri keçirilir On milyona yaxın vətəndaşa səsvermə hüququ verilib
Digər ölkələr
20 Sentyabr , 2015 09:26
​Yunanıstanda növbədənkənar parlament seçkiləri keçirilir

Bakı. 20 sentyabr. REPORT.AZ/ Yunanıstanda növbədənkənar parlament seçkilərinə start verilib.

"Report" xəbər verir ki, təqribən 9,837 milyon vətəndaşa səsvermə hüququ verilib.

Onlara seçkilərə buraxılan 14 partiya və 5 seçkiqabağı birlikdən ibarət birpalatalı parlamentə dörd il müddətinə 300 üzv seçmək təklif olunur.

Seçkilər partiya siyahısı üzrə keçirilir. Çünki ötən parlament seçkilərindən 18 ay keçməyib. Ona görə seçicilər dəstəkləmək istədikləri partiyanı seçəcəklər və partiya namizədlərinin soyadı qarşısına "x" işarəsi qoya bilməyəcəklər. Əks halda bülleten etibarsız sayılacaq.

Son xəbərlər

Orphus sistemi