Bakı. 13 sentyabr. REPORT.AZ/ Türkiyədən Yunanıstana keçmək istəyən mühacirlərin olduğu qayığın batması nəticəsində ölən suriyalı mühacirlərin sayı 34-ə çatıb. "Report" "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, ölənlərdən 14-ü uşaq olub.
Xilas edilən miqrantlar Yunanıstanın sahil təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən Farmakonisi adasına aparılıb.
***18.41
Bakı. 13 sentyabr. REPORT.AZ/ Yunanıstanın Farmakonisi adasının sahillərində göyərtəsində yüzə yaxın miqrantın olduğu gəmi batıb. "Report" BBC-yə istinadən xəbər verir ki, qeyri-leqal yolla Avropaya yetişmək istəyən miqrantlardan 68-i xilas edilib.
Ancaq aralarında bir uşağın da olduğu 28 miqrant dünyasını dəyişib.