​Banqladeşdə baş verən yol qəzasında 25 nəfər ölüb

​Banqladeşdə baş verən yol qəzasında 25 nəfər ölüb Avtobus sürücüsü idarəetməni itirdiyindən avtomobili ağaca çırpıb
Digər ölkələr
9 Aprel , 2015 12:46
​Banqladeşdə baş verən yol qəzasında 25 nəfər ölüb

Bakı. 9 aprel. REPORT.AZ/ Banqladeşdə sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 25 nəfər ölüb.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, bu haqda yerli polis məlumat yayıb.

Belə ki, gecə saatlarında avtobus sürücüsü idarəetməni itirməsi nəticəsində avtomobili ağaca çırpıb.

Maşındakı 50 sərnişindən, sürücü də daxil olmaqla 22-si hadisə yerində, 3-ü isə xəstəxanada ölüb. 19 sərnişin isə xəstəxanaya yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi