​Yəməndə sakinlər yeganə təbii qaz terminalını nəzarətə götürüblər

​Yəməndə sakinlər yeganə təbii qaz terminalını nəzarətə götürüblər Müəssisənin rəhbərliyi isə "fors-major şəraitə" görə istehsalın dayandırıldığını bildirib
Digər ölkələr
14 Aprel , 2015 16:53
​Yəməndə sakinlər yeganə təbii qaz terminalını nəzarətə götürüblər

Bakı. 14 aprel. REPORT.AZ/ Silahlı qüvvələr təslim olandan sonra Yəməndə yerli əhali ölkədəki yeganə təbii qaz terminalını öz nəzarətləri altına götürüblər.

"Report" "The Daily Star"a istinadən xəbər verir ki, bu barədə hərbi mənbələr bildirib.

Sakinlər "Balhaf" zavodunu müdafiə etmək məqsədilə nəzarətə götürüblər. Məlumata əsasən, bu terminalda Fransanın "Total" şirkətinin 40% payı var.

Müəssisənin rəhbərliyi isə "fors-major şəraitə" görə istehsalın dayandırıldığını bildirib.

Xatırladaq ki, bu gün BMT Təhlükəsizlik Şurası Yəməndəki husi qiyamçılarına silah tədarükünə embarqonun tətbiqi ilə bağlı qətnamə qəbul edəcək. 

Son xəbərlər

Orphus sistemi