​Yəməndə raket atəşi zamanı ərəb şeyxi yaralanıb

​Yəməndə raket atəşi zamanı ərəb şeyxi yaralanıb BƏƏ şeyxi Əhməd hazırda müalicə olunur
Digər ölkələr
11 Sentyabr , 2015 01:40
​Yəməndə raket atəşi zamanı ərəb şeyxi yaralanıb

Bakı. 11 sentyabr. REPORT.AZ/ BƏƏ-nin Ras-Əl-Xeymə əmirliyinin rəhbəri şeyx Səud ibn Sakr əl-Qasimin oğlu sentyabırn 4-də Yəməndə raket atəşi nəticəsində yaralanıb.

"Report" xəbər verir ki, bu barədə şeyx "Oluom Al Dar TV" kanalına müsahibəsi zamanı bildirib.

O oğlu Əhmədin hazırda müalicə olunduğunu qeyd edib.

Sentybarın 4-də Yəmənin Mareb əyalətində raket atəşi nəticəsində BƏƏ-dən olan 45 hərbçi ölüb. Üsyançı husilərin atdığı "hava-hava" raketi BƏƏ Silahlı Qüvvələrinin 107-ci briqadasına məxsus silah anbarı yaxınlığında partlayıb.

Son xəbərlər

Orphus sistemi