Yuxarı

​Yəməndə raket atəşi zamanı ərəb şeyxi yaralanıb

BƏƏ şeyxi Əhməd hazırda müalicə olunur

Bakı. 11 sentyabr. REPORT.AZ/ BƏƏ-nin Ras-Əl-Xeymə əmirliyinin rəhbəri şeyx Səud ibn Sakr əl-Qasimin oğlu sentyabırn 4-də Yəməndə raket atəşi nəticəsində yaralanıb.

"Report" xəbər verir ki, bu barədə şeyx "Oluom Al Dar TV" kanalına müsahibəsi zamanı bildirib.

O oğlu Əhmədin hazırda müalicə olunduğunu qeyd edib.

Sentybarın 4-də Yəmənin Mareb əyalətində raket atəşi nəticəsində BƏƏ-dən olan 45 hərbçi ölüb. Üsyançı husilərin atdığı "hava-hava" raketi BƏƏ Silahlı Qüvvələrinin 107-ci briqadasına məxsus silah anbarı yaxınlığında partlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi