Yəməndə növbəti partlayış baş verib

Yəməndə növbəti partlayış baş verib Son bir ay ərzində Sənada bir neçə terror aktı törədilib
Digər ölkələr
3 İyul , 2015 02:16
Yəməndə növbəti partlayış baş verib

Bakı. 3 iyul. REPORT.AZ/ Yəmənin paytaxtı Səna şəhərində ötən axşam avtomobilə quraşdırılan partladıcı qurğu işə salınıb. "Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, partlayış məsçidlərdən birisinin yaxınlığında törədilib.

Ölən və yaralılar haqqında dəqiq məlumat verilmir.

Qeyd edək ki, son bir ay ərzində Sənada bir neçə terror aktı törədilib. Hadisələrə görə məsuliyyəti "İslam Dövləti" öz üzərinə götürüb.

Son xəbərlər

Orphus sistemi