​Yəməndə iki terror hadisəsi baş verib: 16-sı şagird olmaqla azı 26 nəfər ölüb

​Yəməndə iki terror hadisəsi baş verib: 16-sı şagird olmaqla azı 26 nəfər ölüb Hər iki hadisə minalanmış avtomobillə gerçəkləşdirilib
Digər ölkələr
17 Dekabr , 2014 11:13
​Yəməndə iki terror hadisəsi baş verib: 16-sı şagird olmaqla azı 26 nəfər ölüb

Bakı. 17 dekabr. REPORT.AZ/ Yəmənin Sana şəhərindən cənubda, Bayda əyalətinin Radaa rayonunda iki terror-intihar hadisəsi baş verib.

"Report" "newsru.com"a istinadən xəbər verir ki, hər iki hadisə minalanmış avtomobillə gerçəkləşdirilib.

Hadisələr nəticəsində azı 26 nəfər, o cümlədən 16 ibtidai sinif şagirdi ölüb.

Hadisənin biri Nəzarət-Buraxılış Məntəqəsinin yaxınlığında baş verib. İçərisindəki kartofun altında bomba gizlədilmiş maşın məktəbli avtobusu nəzarət-buraxılış məntəqəsindən keçərkən partladılıb.

İntiharçı-terrorçular digər avtomobili isə müxalifətdən olan dini lider Abdulla İdrisin evinin yanında partladıblar. 

Son xəbərlər

Orphus sistemi