Yəməndə hökumət ilə üsyançılar arasında razılıq əldə olunmayıb

Yəməndə hökumət ilə üsyançılar arasında razılıq əldə olunmayıb Danışıqlar tamamilə dayandırılıb
Digər ölkələr
29 İyul , 2016 03:38
Yəməndə hökumət ilə üsyançılar arasında razılıq əldə olunmayıb

Bakı. 29 iyul. REPORT.AZ/ Yəmən hökuməti üsyançı husilərlə aparılan danışıqları başa çatdırıb və tərəflər arasında heç bir razılaşma əldə olunmayıb.

"Report" "Frans Press"ə istinadən xəbər verir ki, bu barədə prezident Əbd Rəbbu Mənsur Hadi hökumətinin danışıqlardakı nümayəndə heyətinin üzvü Abdulla əl Olaymi məlumat verib.

"Danışıqlar tamamilə başa çatıb. Biz onlarda iştirak etdik və xalqımız naminə dözüm göstərdik və onun xeyri üçün də danışıqları başa çatdırırıq", — deyə o bildirib.

Cümə axşamı Yəməndə "Ənsar Allah" hərəkatından olan üsyançı husilərlə sabiq prezident Əli Abdulla Salehinin tərəfdarları — Ümumxalq Partiya Konqresi ölkənin gələcək idarəedilməsi üçün birgə Ali Siyasi Şuranın yaradılması barədə saziş imzalayıblar.

Son xəbərlər

Orphus sistemi