​Yəməndə atəşkəs rejimi bir həftə uzadılıb

​Yəməndə atəşkəs rejimi bir həftə uzadılıb Bu barədə ölkənin xarici işlər naziri Əbdül Malik əl-Məxaləfi məlumat verib
Digər ölkələr
21 Dekabr , 2015 00:54
​Yəməndə atəşkəs rejimi bir həftə uzadılıb

Bakı. 21 dekabr. REPORT.AZ/ Yəməndə atəşkəs rejimi bir həftə uzadılacaq.

"Report"un məlumatına görə, bu barədə ölkənin xarici işlər naziri Əbdül Malik əl-Məxaləfi xəbər verib.

"Yəmən prezidenti (Əbd Rabbo Mansur Hadi) mənə BMT-ni barışığın yeddi gün uzadılması barədə məlumatlandırmağı göstəriş verib", - deyə nazir bildirib.

Lakin Əl-Məxaləfi, yeni müddətin hansı vaxtdan, bu gündən yoxsa cari ilin 22 dekabr tarixindən, yəni ötən həftənin çərşənbə axşamı elan olunan atəşkəsin bitəcəyi vaxtdan hesablanacağını dəqiqləşdirməyib.

Son xəbərlər

Orphus sistemi